Çərşənbə , Aprel 24 2024
azfa

Rejim azərbaycanlı fəallar Behman Şeyxi və Həmid Mənafini Evin zindanına qaytardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəallar Behman Şeyxi və Həmid Mənafi Nadarlıni məzuniyyət müddətləri bitdiyi üçün qalan həbs müddətini keçirmək məqsədilə koronavirusun tüğyan etdiyi bir vaxtda Evin zindanına qaytarıb.

Tehran sakini olan Behman Şeyxi və Həmid Mənafi Nadarlı müvafiq olaraq 15 və 16 sentyabr tarixlərində əmək haqqı barədə çıxarış təqdim etməklə, 1 həftəlik məzuniyyətə buraxılmışdılar. Lakin koronavirusun kəskin yayılması səbəbindən onların məzuniyyət müddəti daha bir müddət uzadılmışdı.

Qeyd edək ki, bir müddət əvvəl Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək ittihamı ilə yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdır. Həmçinin apellyasiya məhkəməsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmin azərbaycanlı fəallar 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın