Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejim azərbaycanlı milli fəal Əlirza Fərşini Fəşafuyə zindanına köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ana dilində təhsil tələb etdiyi üçün rejim tərəfindən həbs edilən tanınmış fəal Əlirza Fərşini Tehranın Evin zindanından Fəşafuyə zindanına köçürdü.

Əlirza Fərşi ailəsi ilə qısa telefon əlaqəsində sentyabrın 8-də Fəşafuyə zindanının 1-ci bölməsinin karantin hissəsinə köçürüldüyünü bildirib.

Azərbaycanlı milli fəal daha əvvəl Evin zindanının 8-ci binasının 9-cu bölməsində saxlanırdı.

Fəal bildirib ki, hazırda 10 məhbusla birlikdə sahəsi çox kiçik olan karantin bölməsindədir.

O bildirib ki, həmin bölmədə sanitariya qaydalarına riayət etmənin mümkün deyil və məhbusların müxtəlif xəstəliklərə, o cümlədən koronavirus xəstəliyinə yoluxma riskinin yüksəkdir.

Əlirza Fərşinin Fəşafuyə zindanına köçürülməsinin bundan öncə məhkəmə rəsmilərinə yazdığı etiraz məktubları ilə əlaqədar olduğu güman edilir.

Bununla da rejim azərbaycanlı milli fəalı daha ağır şəraitdə saxlamaqla ona təzyiq göstərmək istəyir.

Qeyd edək ki, Əlirza Fərşi İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanlandığı açıq məktublarda zindanın ağır və dözülməz şəraitinə etirazını bildirmişdi.

Azərbaycanlı fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamışdı.

Fəal iyulun 21-də Tehranda irqçi fars rejimin qüvvələri tərəfindən yaxalanaraq zindana salınmışdı. Buna səbəb isə onun 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgünə məhkum edilməsi olub.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın