Cümə , Aprel 26 2024
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları dünən yanvarın 8-də günortadan sonra azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşini Tehranda  yaxalayıblar.

Rejimin fəalı öz iş yerində yaxalayıblar.

Fəalın nə səbəbdə görə yaxalandığı barədə yaxınlarına heç bir məlumat verilməyib.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün rejimin Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan vilayətinə sürgünə məhkum edilib.

2019-cu il dekabrın 23-də Əlirza Fərşi və onunla birlikdə yaxalanan digər 3 azərbaycanlı fəalın apellyasiya şikayətinə Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində baxılıb.

Beynəlxalq Əfv Təşkilatı keçən aylarda bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın