Çərşənbə , Aprel 24 2024
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Əyyub Şirini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əyyub Şirini Təbrizdə məhkəmə qərarlarını icra edən bölmənin 4-cü şöbəsinə çağırıb.

Azərbaycanlı fəala göndərilən məhkəmənin elektron çağırış vərəqəsində Əyyub Şirinin barəsində çıxarılan qərarın icrası üçün sentyabrın 22-də həmin şöbəyə müraciət etməsi tələb olunub.

Rejimin tərəfindən şərlənərək “İctimai asayişi pozmaq”da günahlandırılan Əyyub Şiri yoxsul ailələrə və ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə 10 milyon tümən dəyərində dezinfeksiya və tibbi vasitələr almağa məhkum edilib.

Həmçinin Əyyub Şiri 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Lakin milli fəal barəsində çıxarılan həbs və şallaq cəzalarının icrası bir illiyə təxirə salınıb.

Qeyd edək ki, Əyyub Şiri 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla azərbaycanlı fəalla birlikdə yaxalanmışdı. Fəal bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın