Rejim azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadəni 27 ay həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi, azərbaycanlı milli-mədəni fəal Məhəmməd Əbdülməhəmmədzadə barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Azərbaycan fəal barəsində 27 ay həbs qərarını olduğu kimi qüvvədə saxlanılıb.

Rejimin məhkəməsi Məhəmməd Əbdülməhəmmədzadəni şərləyərək, “Rəhbəri təhqir etmək” və “müxalif qrupların xeyirinə olaraq İslam respublikasının əleyhinə təbliğat aparmaq”da günahlandırılıb. Fəal birinci ittihama görə 15 ay, ikincinə görə isə 12 ay həbs cəzasına məhkum edilib.

Təbriz sakini olan azərbaycanlı fəal bütünlükdə 27 ay həbsə məhkum edilib.

Azərbaycanlı fəalın ailəsi və yaxınları fəalın yaxalanması və məhkəməsi barədə mətbuata məlumat vermədiyindən, bu barədə məlumat yayılmamışdır.

Fəalın istintaqı və məhkəmə prosesi təxminən bir ildir davam edib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın