Rejim Güney Azərbaycanın Makı şəhərində iki sosial şəbəkə fəalını yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi frs rejimin kiber polisi Qərbi Azərbaycan vilayətinin Makı şəhərində iki sosial media fəalını şərləyərək “Rəsmiləri təhqir etmək” ittihamı ilə yaxalyıb.

Makı polis komandiri polkovnik Hüseyn Şəhriyar deyib ki, “Kiber polisimizin ekspertləri internet təhlükəsizliyini təmin etmək istiqamətində sosial mediada müşahidə apardıqları zaman, ölkə məsullarını təhqir etmək və ictimai rəydə təşviş yaratmaqla məşğul olan bir Instagram səhifəsi ilə qarşılaşıblar.”

Rejimin polis rəsmisi yaxaladığı şəxslərin kimliyi barədə heç bir məlumat verməyiblər. Polisin iddiasına görə tutulanlardan biri paylaşılan videolarda rəsmiləri təhqir edən, digəri isə filmləri çəkən şəxsdir.

Rejimin polis rəisi polkovnik Şəhriyarın hədələyərək bildirib ki, “ölkə məsulları və rəsmilərə qarşı hər növ təhqir, yalan xəbər yaymaq, habelə dövlət qurumlarına qarşı ictimai rəydə təşviş yaratmaq və İran İslam Respublikasının təhlükəsizliyi, prestiji və mənafeyinə qarşı fəaliyyət göstərmək cinayət hesab olunur. Kiber polisi bunu edənlərə qarşı qanuni ölçüləri götürəcək.”

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın