Çərşənbə axşamı , Mart 31 2020
azfa

Rejim həbs etdiyi azərbaycanlı fəal Əkbər Nəiminin zaminə buraxılmasına mane oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin vəsiqə qarşılığında zaminə buraxılmasına mane olub.

Bu barədə fəalın özü ailəsi ilə qısa telefon əlaqəsində məlumat verib və deyib ki, barəsində mülki vəsiqə qərarı çıxarılıb. Lakin hakim onun zaminə buraxılmasına mane olur.

Azərbaycanlı fəal yaxalandıqdan təxminən bir ay sonra fevralın 18-də ailə üzvlərinə zəng edərək Evin zindanının 209-cu bölməsində saxlandığını deyib.

Əkbər Nəimi rejimin inqilab məhkəməsinin Evin zindanındakı şöbəsi tərəfindən zaminə buraxılması üçün 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldığını deyib.

Fəalın ailə üzvləri fevralın 19-da mülki vəsiqə girov qoymaq üçün şöbəyə müraciət ediblər. Lakin hakim hələlik Əkbər Nəiminin dosyesi ilə bağlı işlərin yekunlaşmadığını bildirərək, onun zaminə buraxılmasına icazə verməyib.

Qeyd edək ki, mühəndis Əkbər Nəimi yanvarın 22-də, öz iş yerində saxlanaraq, naməlum istiqamətdə aparılmışdı. yaxalandıqdan sonra rejimin təhlükəsizlik qüvvələri fəalın evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları müsadirə etmişlər.

Həmçinin yoxlayın

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü münasibəti ilə bildirişi

GADTB: Ermənilər 1905-ci ildən Azərbaycan türklərinə qarşı tarixi Azərbaycan ərazisi və Şərqi Anadoluda məqsədli şəkildə …

Türkiyə ilə düşmənçilik edən İrana tibbi yardımdan sonra İran tərəfi təşəttür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Suriya ordusu adı altında, İraqda PKK terorçusuna …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir