Cümə axşamı , Aprel 25 2024
azfa

Rejim həbs etdiyi azərbaycanlı fəal Əli Əzizi zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əli Əzizi zaminə buraxdı.

Azərbaycanlı fəal  bu gün martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından müvəqqəti sərbəst buraxılıb.

Qeyd edək ki, irqçi fars rejimin ETTELAAT məmurları fevralın 23-də fəalın ata evinə hücum edərək onu yaxalamışdılar.

Azərbaycanlı fəalın valdeyinləri rejimin qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün onlara müqavimət göstərib. Lakin buna baxmayaraq məmurlar fəalı qanunsuz olaraq yaxalamışlar.

Rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16-cı şöbəsi azərbaycanlı fəalın “Sistem əleyhinə təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da ittiham etmişdir.

Rejimin Urmiyadakı 2 nömrəli Cinayət Məhkəməsinin 101-ci şöbəsi Əli Əzizi və daha 5 nəfər azərbaycanlı fəal barəsində qərar çıxarıb. Fəallar 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə “Ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 15 milyon rial nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilmişlər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın