Rejim həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Güneyli Təbrizdə məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 10 ay öncədən həbs etdiyi azərbaycanlı fəal və hüquqşünası Məhəmməd Güneyli Təbrizdə məhkəməyə çağırdı.

Məhəmməd Güneylinin ailəsinə göndərilən çağırış vərəqəsində məhbusun noyabrın 16-da rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinə müraciət etməsi istənilib. Çağırış vərəqəsində fəalın “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və düşmən ölkələrin xeyirinə casusluq etmək” ittihamı ilə mühakimə olunacağı qeyd olunub.

Qeyd edək ki, yanvarın 6-da cansız bədəni anasının evində tapılan Zəhra Nəvidpurun qətl məsələsini araşdırmaq istəyən Məhəmməd Güneyli irqçi fars rejimin terrorçu Sepah təşkilatı tərəfindən yaxalanıb. Fəal yanvarın 24-də rejimin Məlikandakı Sepahı tərəfindən yaxalanan gündən həbsdə saxlanılır.

Azərbaycanlı hüquqşünasın Tehrandakı evində həmçinin yanvarın 25-də axtarış aparılıb. Mülki geyimli məmurlar axtarış apararkən Məhəmməd Güneyliyə aid elektron əşyaları, kompüter və bir neçə kitabı müsadirə ediblər.

Fəal yaxalanandan 4 ay müddətinə təkadamlıq kamerada sorğu-suala tutulub. Güneyli  rejimin məmurlarının işgəncəsi nəticəsində bədən üzvlərində sınıqlar əmələ gəldiyi üçün bir müddət xəstəxanada müalicə alıb. O bu müddətdə ailəsi ilə bir neçə dəfə qısa telefon əlaqəsi saxlayıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın