Şənbə , Aprel 20 2024
azfa

Rejim həbs etdiyi Rəhim Qulamini koronavirusa bulaşdrmaq üçün ona məzuniyyət vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəmə sistemi sədrinin məhbusların məzuniyyətə buraxılması ilə bağlı göstərişinə baxmayaraq Ərdəbil zindanında bir illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı fəal və yazıçı Rəhim Qulamiyə məzuniyyətə verilmir. Rejim qəsdən fəalı koronavirusa bulaşdırmaq istəyir.

Bu gün Qulami ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, Ərdəbil zindanının məsulları onun məzuniyyət tələbini qəbul etmirlər.

Qeyd edək ki, İran məhkəmə sistemi sədri bir həftə əvvəl beş ildən az müddətə azadlıqdan məhrum olan məhbusların, o cümlədən təhlükəsizlik ittihamları ilə bağlı məhkum edilənlərin məzuniyyətə buraxılması üçün göstəriş vermişdi.

Bir illik həbs cəzasının səkkiz ayını keçirən Qulami, həmin göstərişə istinadən məzuniyyətə buraxılmasını tələb edib. Lakin rejim onun tələbini qəbul etmir.

Astma və  böyrək xəstəliklərindən əziyyət çəkən azərbaycanlı fəalın sağlıq durumu da yaxşı deyil.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın