Çərşənbə , Aprel 24 2024
azfa

Rejim Həmədandan olan azərbaycanlı öyrəncini “türk dili və ədəbiyyatı” tədris etdiyi üçün təhsildən məhrum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Həmədandan olan azərbaycanlı öyrənci Əli Mərdanini “türk dili və ədəbiyyatı” tədris etdiyi üçün təhsilini davam etməkdən məhrum etdi.

Rejimin Tehran Universitetindəki təhlükəsizlik bölməsi həmin səbəbə görə Əli Mərdaninin doktorluq dərəcəsini almaq üçün dissertasiya işinin təqdim olunmasına və təhsilinin davam etdirilməsinə mane olub.

Tehran Universitetinin “hüquq və siyasi elmlər” üzrə təhsil alan Mərdani 2018-ci ilin sentyabr ayında, 8-ci semestrin axırlarında doktorluq dissertasiyasını müdafiə etmək istəyib. Lakin rejimin təyin etdiyi məsullar buna icazə verməyiblər. Bundan sonra Əli Mərdani elmi rəhbəri dr.Əlirza Əzğəndi ilə birlikdə problemin səbəbini öyrənməyə çalışıb. Onlara universitet rəhbərliyi tərəfindən bildirilib ki, “ali təhsil müəssisələrinin baş təhlükəsizlik bölməsi bu barədə göstəriş verib, Əli Mərdani növbəti xəbərdarlığa qədər elmi işini müdafiə edə bilməz.”

Azərbaycanlı öyrənci törədilən problemlə bağlı universitet rəhbrliyinə dəfələrlə müraciət edib. Sonda Tehran Universitetinin təhlükəsizlik bölməsindən bildiriblər ki, “universitetdən Həmədana qayıtdığın zaman, türk dili və ədəbiyyatı tədris edərkən bu məsələlər barədə düşünməli idin!”

Əli Mərdani yaradılan manelərə görə 2018-ci ilin payızında semestr və bütün proseduru təkrar etmək qərarına gəlib. Lakin universitetdə təhlükəsizlik bölməsi onu təhsilini davam etməsinə tamamilə mane olublar.

Rejim bundan öncə isə Salar Sərkəşini Marağa Universitetində türk dili və ədəbiyyatı ixtisasının yaradılması üçün imza topladığına görə universitetdən kənarlaşdırmışdır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın