Cümə , Aprel 19 2024
azfa

Rejim öldürülən ərəb şair Həsən Heydərinin ailəsini ETTELAAT-a çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ələhvazdakı ETTELAAT qüvvələri öldürülən ərəb şair Həsən Heydərinin qardaşı Hüseyn Heydərini məcburi etiraf üçün idarəyə çağırıb.

Rejim Ələhvaz bölgəsinin gənc şairi Həsən Heydərinin ölümündə zəhərlənmə və ya digər əlamətlərin olmadığını və yalnız gənc şairin beyin infaktı keçirdiyini ailəsi tərəfindən elan etdirmək məqsədilə Heydərinin ailəsinə təzyiq göstərir.

Qeyd edək ki, rejimə müxalif ərəb şairi Həsən Heydəri noyabrın 10-da xəstəxanada şübhəli səbəbdən vəfat edib. Həsən Heydərinin ailəsi və qohumları bu şübhəli ölümdə ETTELAAT orqanlarını günahlandırırlar. Rejim dəfələrlə müxalif şair olan Heydəriyə qarşı təzyiq göstərib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın