Şənbə , Aprel 20 2024
azfa

Rejim Qərbi Azərbaycanda iki azərbaycanlı fəalı yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi Qərbi Azərbaycannın Urmiya və Sulduz şəhərlərində iyunun 22-də iki azərbaycanlı fəalı yaxaladı.  

Rejimin təhlükəsizlik orqanlarının yaxaladığı Səccad Şoheyri və Musa Ziyagərgəri yaxalandıqdan sonra naməlum istiqamətə aparılıblar.

Rejimin təhlükəsizlik qüvvələri Sulduzda Musa Ziyagərgərinin evinə hücum edib, onu saxlayıblar. Onlar həmçinin fəalın evində axtarış aparıblar.

Urmiyada tutulan azərbaycanlı fəal Səccad Şoheyrinin da hansı şəraitdə yaxalandığı barədə məlumat veilmir.

Hər iki fəal yaxalanmadan öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanma ilə bağlı təhdid edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın