Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejim rəsmisi İran adlanan ölkənin nüvə silahı niyyətini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın imam cüməsi Əhməd Xatəmi İran adlanan ölkənin nüvə silahı niyyətini etiraf etdi.

O deyib ki, İran atom bombasının formulunu bilir, lakin bu kütləvi qırğın silahından istifadə etmək istəmir.

“Lakin nüvə silahı İran üçün həyati əhəmiyyət daşıyır. ABŞ-ın şeytani planlarına qarşı ən yaxşı güc nüvə silahıdır. Əgər bu gücü əlimizdən alsalar, aydın günümüz qaranlığa qərq olacaq”, – o qeyd edib.

Xatəmi bildirib ki, rejim nüvə silahı əldə etmə niyyətini qəsdən danıb. Lakin dünya ictimaiyyəti rejimin riyakar və dağıdıcı niyyətini artıq anlıyıb.

Həmçinin yoxlayın

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Bir cavab yazın