Cümə , Aprel 19 2024
azfa

Rejim Şərqi Azərbaycanda qızıl mədəninin ətraf mühiti çirklənməsi ilə bağlı faktları gizlədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejimin Güney Azərbaycanda talayıb apardığı mədənlərin yerləşdiyi bölgələrdə ətraf mühiti kəskin çirkləndirdiyini danır. Universitet müəllimi və ətraf mühit üzrə mütəxəssis Dr. Əhməd Baybordi bu barədə bildirir ki, Şərqi Azərbaycan vilayətində yerləşən Əndərian mədəni ətraf mühitin çirklənməsinə səbəb olur. Lakin rejimin Ətraf Mühit İdarəsinin rəsmiləri məlumatın mətbuatdan gizlədirlər.

Universitet müəllimi bütün faktların Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit İdarəsi və təhlükəsizlik orqanlarına təqdim edildiyini, lakin rəsmilərin hər şeyin yolunda olduğunu təkid etdiklərini deyib.

Təxminən 30 milyon ton ehtiyatı olan Əndərian Qızıl Mədəni ölkə üzrə ən böyük qızıl mədənlərindən biridir və Şərqi Azərbaycan vilayətinin Vərziqan məntəqəsində yerləşir.

Bundan əvvəl də Əndərian qızıl mədəni ətraf mühitlə əlaqədar standardlara əml etmədiyi üçün ətraf mühit fəalları sosial mediada mədənin ətrafında yaşayan heyvanların və digər canlıların cəsədlərinin, habelə kəndin sularının çirkləndiyini göstərən fotolar paylaşmışdı.

Əhməd Baybordinin sözlərinə görə, İrandakı bütün səlahiyyətlilər testlərin nəticələrini dəfələrlə görsələr də, ictimai narahatlığın qarşısını almaq bəhanəsi ilə ictimaiyyətin məsələdən xəbərdar olmasının qarşısını alırlar. Əhməd Baybordi həmçinin testlərin Şərqi Azərbaycanın Ətraf Mühit İdarəsinin və Tehranın etibarlı laboratoriyalarında aparıldığını və onların hər birinin ətraf mühitin çirkləndirildiyini təsdiqlədiyini söyləyib.

Ətraf mühit mütəxəssisinin sözlərinə görə, laboratoriyada əldə olunan nəticələr göstərir ki, kəndin suyunun çirklənmə nisbəti normal su ilə müqayisədə 3 dəfə daha çoxdur, lakin məmurlar statistik manipulyasiya yolu ilə onu bir neçə dəfə azaldbılar.

Əhməd Baybordi əlavə edib ki, ölkənin Baş Müfəttişliyi Təşkilatı kənddə suyun çirklənməsi məsələsini həll etmək əvəzinə, Ətraf Mühit İdarəsindən vilayətin ekologiya laboratoriya müdürünün vəzifəsindən kənarlaşdırılmasını tələb edib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın