Cümə axşamı , Mart 28 2024
azfa

Rejim sürgün etdiyi azərbaycanlı fəal Siyamək Mirzayini daha bir il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehrandakı Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi üçün rejimin məhkəməsinin çıxardığı 1 il həbs qərarı və digər cəzaları olduğu kimi qüvvədə saxlayıb.

Rejimin Tehrandakı Apelyasiya Məhkəməsinin 36-cı şöbəsindən iyunun 13-də qərar barədə milli fəalın vəkilinə şifahi şəkildə məlumat verilib. Bildirilib ki, apelyasiya məhkəməsi Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsinin  çıxardığı qərarları olduğu kimi qüvvədə saxlayıb.

Qeyd edık ki, bundan öncə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış fəalı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırmışdı. Həmin ittihama görə 1 il 10 gün həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulması barədə qərar çıxarmışdı. Siyamək Mirzai məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hökm qiyabi şəkildə çıxarılmışdır.

Hökmə iddia edilib ki, Siyamək Mirzayi “həbsdə ikən etdiyi qanunsuzluqlar” səbəbilə “rejimə qarşı təbliğat”-da günahlandırılıb.

Məhkəmə Siyamək Mirzayinin 2016 iyun ayından 2019 iyul ayına qədər Tehranın Evin Həbsxanasında keçirdiyi həbs müddətində tapdanan hüquqları üçün aclıq aksiyası keçirməsi və prokurora haqsızlıqlarla bağlı açıq məktub unvanlamasını “qanunsuz fəaliyyət” olaraq dəyərləndirib.

“Müttəhimin etirazı dosyedə mövcud olan dəlilləri rədd etmir. Əlavə olaraq, bir şəxsin həbsdə olması onun qanunsuzluq etməsinə mane olmaz. Müttəhimin prokurora məktub ünvanlaması, həmçinin aclıq aksiyası keçirməsi İslam Respublikasına qara yaxmaq məqsədilə təsis edilmiş düşmən mediada yayılıb. Onun yazdığı məktub sosial mediada eynən nəşr edilib,” Hakim İman Afşarinin imzaladığı sənəddə yazılıb.

Siyamək Mirzayi 2016-cı ilin iyun ayında Güney Azərbaycanın Muğan bölgəsində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Tehranın Evin həbsxanasına göndərildi. Məhkəmə tərəfindən 3 il həbs və 2 il sürgünə məhkum olunan milli fəalın həbs müddəti 2019-cu ilin iyun ayında tamamlansa da, o, bir ay təxirlə iyul ayında sərbəst buraxıldı.

Milli fəal 2019-cu il iyul ayının 28-də sərbəst buraxıldıqdan sonra Cənubi Xorasan vilayətinə sürgünə göndərildi və hazırda həmin vilayətin Qain şəhərində yaşayır.

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Bir cavab yazın