Rejim tanınmış azərbaycanlı idmançı Kərim Boksoru yenidən yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik orqanları  azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadəni (Kərim Boksor) yenidən yaxalayıb..

Fəalın yenicə ikinci dəfə olaraq Təbrizdə yaxalandığı bildirilir.

Azərbaycanlı fəalın hansı səbəbdən və necə yaxalandığı, eləcə də harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, azərbaycanlı fəal fevralın son günlərində irqçi fars rejimin Azərbaycanın böyük bir hissəsini kürdləşdirmək məqsədilə Qərbi Azərbaycana təyin etdiyi kürd vali Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında şərlənərək ictimai rəyi təhriketmə ittihamı ilə ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmış və bir neçə gün sonra zaminə buraxılmışdır.

Rejimin azərbaycanlı fəalı yaxalamasının əsas məqsədi onun Azərbaycan türk millətinin hüquqlarını müdafiə etməsinə mane olmaqdır.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın