Rejim uzun müddət həbsdə saxladığı 6 azərbaycanlı fəalı mühakimə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim cümə axşamı günü uzun müddət həbsdə saxladğı 6 azərbaycanlı milli-mədəni fəalı Binab şəhərində yerləşən məhkəməsində mühakimə edib.

Rejimin Marağada yerləşən zindanında saxlanılan azərbaycanlı fəallar Həkimə Əhmədi, Məhərrəm Vəlipur (Xoşnam), Əbülfəz Fəkuri, Əkbər Əzizi, Qulamrza Rəşidi və Məhəmmədrza Qurbaninin mühkəmə edilib.

Həkimə Əhmədinin etiraz aksiyasından sonra fəalların məhkəmə iclası tezləşdirilib və işə baxan məhkəmə şöbəsinə yenidən qaytarılmışdır. Əslində cümə axşamı günü mühakimə olunan fəalların məhkəmə iclası avqustun 24-nə təyin edilmişdir. Keçirilən məhkəmə prosesindən belə başa düşülür ki, fəallar barəsində çıxarılan saxlanma qərarı avqustun 24-də mülki vəsiqə qərarı ilə əvəzlənə bilər.

Qeyd edək ki, həmin fəallar 10 aydan çoxdur rejimin Marağada yerləşən zindanında saxlanılır.

Rejim fəalları şərləyərək “sistemin əleyhinə təbliğat aparmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və xarici qruplarla əlaqə qurmaq”da ittiham edib. Həmin azərbaycanlı fəallar isə rejimin irəli sürdüyü bütün ittihamları qəti şəkildə rədd ediblər.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın