Rejim yaxaladığı azərbaycanlı fəal Ruhulla Əhmədnəjadın evində axtarış aparıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjad Təbriz şəhərində yaxalayıblar.

Azərbaycanlı fəalın 2019-cu il iyunun 2-də Təbrizin Fəcr məhəlləsində yerləşən öz iş yerində yaxalandığı bildirilir. Fəalın yaxalanmasının səbəbi barədə hələlik heç bir məlumat yoxdur.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri fəalı yaxaladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıblar.

Rejimin məmurları həmçinin Ruhulla Əhmədnəjadın qardaşına aid bir çox kitab, ləptop və yaddaş kartı müsadirə edib aparmışlar.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Bir cavab yazın