Rejim yaxaladığı azərbaycanlı fəallardan ikisini vəsiqə qarşılığında zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yaxaladığı azərbaycanlı fəallardan ikisini vəsiqə qarşılığında zaminə buraxıb.

Ərdəbildə Azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi noyabrın 28-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında rejimin Ərdəbildə yerləşən zindanından zaminə buraxılıb.

Rejim Siyamək Seyfini şərləyərək, “benzinin qiymətinin artması ilə bağlı əhali və fikirdaşlarını yığıncağa qatılmaq və iğtişaş salmağa təhrik etmək”də ittiham edib.

Həmçinin azərbaycanlı milli-mədəni fəal Salar Tahiri Əfşar da Urmiyada vəsiqə qarşılığında zaminə buraxılıb.

Urmiya sakini olan azərbaycanlı fəal noyabrın 28-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın