Rejim yol qəzasında dünyasını dəyişən milli fəalın dəfn mərasimində onun qardaşını yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sayınqala-Qoşaçay yolunda avtomobil qəzasında avqustun 9-da həyatını itirən azərbaycanlı milli fəal Bəhmən Xaliqinin dəfn mərasimi zamanı rejim həmin fəalın qardaşı Aydın Xaliqini həbs edib.

Onun hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat verilməyib. Aydın Xaliqinin rejimin Binab şəhərindəki Polis İdarəsinin təhlükəsizlik bölməsinin rəisi Rəhim Binabinin əmri ilə yaxalandığı bildirilir.

Eyni zamanda mərhum Xaliqinin yaxınları və ailə üzvlərinin, eləcə də müxtəlif şəhərlərdən gələn azərbaycanlı milli fəalların Binab məzarlığına daxil olmalarına icazə verilməyib.

Qeyd edək ki, Bəhmən Xaliqi son iki həftədə yol hadisəsində ölən ikinci azərbaycanlı milli fəaldır. Avqustun 1-də də Əli Məhəmmədzadə Əhər-Təbriz yolunda baş verən yol qəzasında dünyasını dəyişmişdi.

Fəalların yol qəzasında öldürülməsi artıq şübhə doğurmaqdadır.

Qeyd edək ki, Bəhmən Xaliqi keçən son 10 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə rejim tərəfindən həbs və təzyiqlərə məruz qalıb. Fəalın həmçinin Binab şəhərində işlətdiyi İşıq Kitav Evi mağazası bir neçə il əvvəl dövlət tərəfindən qapadılmışdı.

Mərhum Xaliqi bir neçə digər fəalla bərabər 2012-ci ilin dekabr ayında İran vasitəsilə qurulan Şərqi Azərbaycan vilayəti və Ermənistan Respublikası arasındakı əlaqələrə etiraz olaraq Marağa şəhərində keçirilən etiraz aksiyasına qatıldığ zaman həbs edilmişdi.

Xaliqi daha sonra həmin etiraz aksiyası ilə əlaqədar 6 ayı həbs və 6 ayı şərti həbs cəzasına məhkum edilmişdi.

Bəhmən Xaliqi 2013-cü ilin fevral ayında isə Dünya Ana Dili Günü ilə bağlı təşkil olunan mitinqlərə qatıldığı üçün də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın