Cümə , Aprel 19 2024
azfa

Rejimin əlaltılarının qərəzli təqdimatı Qaradağ meşələrinin qeydiyyatının rədd edilməsi ilə nəticələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Şərqi Azərbaycanın Mədəni İrs Təşkilatında əlaltılarının qərəzli təqdimatı Güney Azərbaycanın Qaradağ meşələrinin dünya səviyyəsində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birlik (İUCN) tərəfindən qeydiyyatının rədd edilməsi ilə nəticələndi.

Qaradağ meşələrinin özünəməxsusluğu, dünya səviyyəsində tayı-bərabəri olmayan bitki növləri və s. özəllikləri qəsdən rejimin əlaltıları tərəfindən qeydiyyat üçün təqdimatda əks olunmayıb və nəticədə Azərbaycanın bu bölgəsinin meşələrinin qeydiyyata alınması məsələsi rədd edilib.

Qeyd edək ki, işğalçı fars rejim Güney Azərbaycanla bağlı bütün sahələrdə ayrıseçkilik edir və hətta 2018-ci ildə Təbriz şəhərinin islam dünyasının turizm şəhəri elan edilməsinə baxmayaraq, bu tədbirə heç bir vəsait ayırmamış və faktiki olaraq Təbriz-2018 tədbiri kağız üzərində qalmışdır.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın