Rejimin əlaltıları Təbriz Yanğınsöndürmə İdarəsi işçilərinə ana dilində danışmağı qadağan edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbriz Bələdiyyəsi və Yanğınsöndürmə İdarəsindəki əlaltıları həmin idarəsinin işçilərinə türk dilində danışan şəhərdə əhalinin dilində danışmağı qadağan ediblər.

İdarəyə Məhəmməd Rza Məhəmmədi tərəfindən imzalanıb göndərilən sərəncamda bildirilib ki, qurumun rəhbərliyinin əmrinə əsasən telsiz rabitədə bütün işçilər farsca danışmalıdır.

Həmçinin bildirilir ki, kimsə türkcə danışsa əlavə iş saatı hüququndan məhrum ediləcək. Bu isə yalnız orta əsr dövrünə xas irqçilikdən başqa bir şey deyildir.

Qeyd edək ki, irqçi fars rejimin əlaltısı olan Təbrizin bələdiyyə rəisi İrəc Şəhin Bahirin vasitəsilə əsaən bu irqçi siyasət davam etdirilir. Həmin manqurd kürdləri və irqçi farsların əlaltıların Təbrizdə işə cəlb edir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın