Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejimin Ərdəbildə həbs etdiyi Vasiqi qardaşlarına azadlıq tələbilə divarlara şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə həbs etdiyi azərbaycanlı milli-mədəni fəallar Əli Vasiqi və Rza Vasiqinin azadlığa buraxılması tələbilə divarlara şüarlar yazılıb.

Ərdəbilli fəallar iyunun 12-də Vasiqi azrdaşlarının dərhal azadlığa buraxılması tələbilə şəhərin müxtəlif küçələrində divarlara fars və ingilis dillərində şüarlar yazmışlar.

Fəallar Ərdəbildə divarlara “Vasiqi qardaşlarına azadlıq”, “Təhlükəsizlik qüvvələrinin qeyri-insani rəftarına son qoyulsun” və “Ədalətsizliyə yox” şüarları yazmış və Vasiqi qardaşlaının qanunsuz həbsini pisləmişlər.

Qeyd edək ki, rejimin Ərdəbildə yerləşən ETTELAAT qüvvələri Vasiqi qardaşlarını iyunun 10-da iş yerində yaxalamışlar. Bir gün sonra isə rejimin qüvvələri iyunun 11-də axşam saat 20:00-da onların reklam sahəsində fəaliyyət göstərən mağazasında axtarış aparmış, onlara məxsus noutbuku və bir sıra digər əşyaları özləri ilə aparıblar.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın