Rejimin Əziz Purvəlinin dəfn mərasimində yaxaladığı fəallardan heç bir məlumat yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin dünın mayın 24-də Təbrizdə tanınmış azərbaycanlı fəal Əziz Purvəlinin dəfn mərasimində yaxaladığı fəallardan heç bir məlumat verilmir.

Qeyd edək ki, rejimin ETTELAAT İdarəsinin məmurları dəfn mərasimində toqquşma yaradıb və mərasimdə iştirak edən azərbaycanlı fəallar Mehdi Dustdar, İrəc Şirzad, Əli Radməniş və Məhəmməd Əfsəri Xətibi yaxalamışdılar.

Bundan əlavə azərbaycanlı fəal Həbib Sasanian mərasimdən çıxış edəndən sonra rejimin məmurları tərəfindən yaxalanıb.

Həmçinin rejimin məmurları Əhər şəhərindən dəfn mərasimində iştirak etmək üçün gəlmək istəyən bir qrup azərbaycanlı fəalı yaxalamışdılar.

Hələlik yaxalanan fəalların vəziyyəti barədə heç bir məlumat verilmir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın