Cümə , Aprel 19 2024
azfa

Rejimin 3 il öncə gizli həbsə atdığı azərbaycanlı fəal ağır vəziyyətdə ailəsilə telefona əlaqəsi saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin gizli şəkildə həbs edib və həbsdə olduğunu dandığı azərbaycanlı milli fəal Səməd Məhərrəmzadə 3 ildən sonra ailəsi ilə qısa telefon əlaqəsində ağır vəziyyətdə həbsdə olduğunu bildirib.

Tehranda həbs edilən Səməd Məhərrəmzadə ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, ağır vəziyyətdə olduğuna görə telefon edib həbsə atıldığını bildirməyə 3 ildir icazə verilməyib. Fəalın sağlamlıq vəziyyətinin olduqca ağır olduğu söylənilir.

Əhər şəhərindən olan azərbaycanlı fəalın ailə üzvləri 3 il müddətində aidiyyəti orqanlara dəfələrlə müraciət etsələr də onun həbsə alındığını inkar etmişdilər.

Qeyd edək ki, Səməd Məhərrəmzadə 2018-ci il fevral ayında Tehranda keçirilən etiraz aksiyaları zamanı 400-dən çox Qonabad dərvişi ilə eyni gündə həbs edilmişdi.

Güney Azərbaycanın Əhər şəhərindən olan 39 yaşlı Səməd Məhərrəmzadə 1999-2007-ci illəri arasında azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı mübarizədə fəallıq göstərib. Xüsusilə Babək qalasında keçirilən yuruşlərdə, eyni zamanda azərbaycanlı fəalların keçirdiyi etiraz aksiyalarında fəal iştirak edib və rejimin təzyiqləri ilə qarşılaşıb.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın