Cümə axşamı , Aprel 25 2024
azfa

Rejimin 30 silahlı məmuru azərbaycanlı fəal Yaşar Hüseynzadə Dəliri yaxalamaqda iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin silahlı məmurları Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış Yaşar Hüseynzadə Dəlir sentyabrın 22-də Təbrizin Qətran məhəlləsində yaxalayıblar.

Yaşar Hüseynzadə Dəlirin digər türk öyrəncilərlə birlikdə türk dili və ədəbiyyatı ixtisasının gücləndirməsi istiqamətində atdıqları addımlara görə rejimin təhlükəsizlik qüvvələrinin qəzəbinə tuş gəldiyi bildirilir. Azərbaycanlı öyrənci irqçi fars rejimin ETTELAAT İdarəsinin əlaltısı olan müəllimlər, xüsusilə türk dili və ədəbiyyatı ixtisası qrupunun müdiri Əhməd Fərşbafiyanı tutduğu vəzifədən uzaqlaşdıra bildiyi üçün cəzalandırılıb..

Qeyd edək ki, rejimin əlaltısı olan Əhməd Fərşbafiyan Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisasının yaradılmasına qarşı olub, o öyrəncilərin bu ixtisasa cəlb olunmaması və ixtisasın ümumiyyətlə zəifləməsi üçün əlindən gələni edib.

Bütün bunları türk öyrəncilərinin qələbəsi kimi görənirqçi fars rejimin  təhlükəsizlik orqanları bir müddət sonra öyrənciləri cəzalandırmağa başlayıblar. Həmin öyrəncilərin əksəriyyəti barədə Universitetin təhlükəsizlik bölməsi, İnzibati Komitə, “Sepah”ın təhlükəsizlik bölməsi və ETTELAAT İdarəsinin dosye quraşdırdığı bildirilir.

Artıq son vaxtlar bu istiqamətdə gözə çarpan nailiyyətləri olan öyrəncilərin cəzalandırılması gözlənilən idi. Yaşar Qorxmaz adı ilə tanınan Yaşar Hüseynzadə Dəlir yaxalanmasından bir neçə gün əvvəl bildirmişdir ki, özünü “Sepah”ın təhlükəsizlik bölməsinin əməkdaşı kimi təqdim edən bir şəxs öyrəncinin evinə müraciət edərək qapının önündə onunla danışıb. O öyrənciyə çağırış vərəqəsini göstərərək ondan Təbriz Zindanında yerləşən 37-cı otağa müraciət etməsini istəyib. Lakin Yaşar Hüseynzadə Dəlir məhkəmə hökmü təqdim edilmədiyi üçün çağırışı qanunsuz hesab edərək deyilən İdarəyə müraciət etməkdən imtina edib.

Bundan sonra ETTELAAT İdarəsinə bağlı olan bayağı “Azəriha” saytı Yaşar Hüseynzadə Dəlir barədə böhtan dolu bir yazı dərc edib. Yazıda azərbaycanlı öyrənci elə təqdim olunub ki, sankı onun təqib edilməsi çox vacib məsələdir. Bu şəkildə öyrəncinin  məhkəmə yerinə qərar verən təhlükəsizlik orqanları tərəfindən saxlanılmasına psixoloji zəmin yaratmağa çalışıblar.

Azərbaycanlı öyrənci Yaşar Hüseynzadə Dəlir Təbrizin Qətran məhəlləsində təhlükəsizlik orqanlarının 30-dan çox silahlı əməkdaşı tərəfindən döyülərək saxlanılıb, onun naməlum istiqamətə aparıldığı bildirilir.

Dəlirin atası Təbriz Universitetinin təhsil məsələləri üzrə keçmiş rəis müavini olub, o universitetin tanınmış müəllimlərindən biridir.

Fəal Əhməd Fərşbafianın öz vəzifəsindən kənarlaşdırılması və bir neçə müəllimin türk dili ixtisasına cəlb olunmasında böyük rol oynayıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın