Şənbə , Aprel 20 2024
azfa

Rejimin Abbas Lisaninin ailəsinə təzyiqləri artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi azərbaycanlı fəal Abbas Lisaninin ailə üzvlərinə təzyiqlərini artırmaqdadır.

Ərdəbil Ticarət Palatası Ərdəbil zindanında həbs edilən Abbas Lisaninin oğluna iş yerinin 72 saat ərzində bağlayacağı barədə xəbərdarlıq edib.

Xəbərdarlıq vərəqəsi aprelin 7-də Əli Lisaniyə göndərilib. Vərəqədə yazılıb ki, hökm icra olduğu zaman problem yaranmaması üçün xarab olan əşyalar və lazımlı sənədlər təyin olunmuş müddətdə mağazadan çıxarılmalıdır.

Qeyd edək ki, Əli Lisaninin qızıl məmulatları təmiri mağazasının möhürlənəcəyi ilə bağlı son aylarda bir neçə dəfə xəbərdarlıq edilib. Ötən il avqust ayında Ərdəbil Polis İdarəsinin Cinayət-Axtarış Bölməsi Əli Lisaniyə iqtisadi fəaliyyət göstərməsi üçün həmin idarə ilə əməkdaşlıq etməsini təklif etmiş, lakin edilən təklif tanınmış fəalın oğlu tərəfindən kəskin şəkildə rədd edilmışdır.

Hazırda tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həbsdə olmasından istifadə edən rejim fəalın ailəsinə təzyiqləri artırmaq üçün fəalın oğlunun işinə maneələr törətməyə başlayıb.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın