Cümə axşamı , Aprel 25 2024
azfa

Rejimin Apellyasiya məhkəməsi azərbacanlı fəal Nəsim Sadiqini 3 il davam edən şərti həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin

Apellyasiya məhkəməsi azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqinin 6 aylıq həbs hökmünü 3 il müddətinə davam edən şərti həbslə əvəz edib.

Rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi bu hökmü fevralın 3-də şifahi şəkildə Nəsim Sadiqiyə elan edib.

Qeyd edək ki, Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-də rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbsə məhkum edilmişdi. Fəal şərlənərək “Müxalif qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilmişdir.

2018-ci il oktyabrın 21-də yaxalana azərbaycanlı fəal Nəsim Sadiqi oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın