Çərşənbə , Aprel 24 2024
azfa

Rejimin Apelyasiya məhkəməsi Məhəmməd Güneylinin saxta həbs hökmünü qüvvədə saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Apelyasiya məhkəməsi azərbaycanlı fəal Məhəmməd Güneylinin saxta həbs hökmünü qüvvədə saxlayıb.  

Qeyd edək ki, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi hakim Ehrari 2019-cu il dekabrın 17-də ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı şərləyərək “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində materiallar paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib və onu 6 ay həbsə məhkum etmişdir.

Fəala qarşı yalan ittihamlara irəli sürülən “rejimə düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etmək”, eləcə də “səlahiyyəti olmayan şəxslərə gizli məlumatlar vermək” ittihamların da qüvvədə olduğu bildirib. Bu ittihamlarla bağlı fəalın 5-ci məhkəmə iclası yaxın zamanda həyata keçiriləcəyi bildirilir.

Azərbaycanlı vəkil Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də terrorçu Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejim həmçinin azərbaycanlı vəkilin vəkillik lisenziyasını da ləğv edib.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın