Rejimin Apelyasiya Məhkəməsi Abbas Lisaniyə 10 aylıq həbs qərarını qətiləşdirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə 10 aylıq həbs qərarını qətiləşdirdi.

Rejimin ədalətsizcəsinə çıxardığı 10 aylıq həbs hökmünü olduğu kimi rejimin Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlayıb.

Rejimin məhkəməsinin çıxardığı hökmdə qeyd olunub ki, həbs qərarında heç bir səhvə yol verilməyib, qərarın yanlış olduğunu sübut edən hər hansı dəlil və ya sənəd də təqdim olunmayıb. Ona görə də çıxarılan məhkəm qərarı olduğu kimi qüvvədə saxlanılır.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani, musiqi ustadı mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “rejimə müxalif olan qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək, həbs cəzasına məhkum edilib.

Rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi 2019-cu il aprelin 13-də keçirilən məhkəmə iclası ilə bağlı fəalın evinə çağırış vərəqəsi göndərilmişdir. Bu barədə elektron məktubu vasitəsi ilə onun vəkili Əsğər Məhəmmədiyə də məlumat verilmişdir. Lakin fəal həbsdə olduğu üçün məhkəmə iclası aprelin 13-də qiyabi keçirilmişdi. Fəal isə haqlı olaraq, buna etiraz etmişdir. Lakin rejimin məhkəməsi qanunsuz olaraq əvvəlki ədalətsiz hökmü qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın