Şənbə , Aprel 20 2024
azfa

Rejimin ayrı-seçkiliyi nəticəsində Şərqi Azərbaycan vilayəti sənayesi tənəzzülə uğrayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ant-itürk və ayrı-seçkilik siyasəti nəticəsində sənaye vilayəti olan Şərqi Azərbaycan indi yeddi və səkkizinci sıraya düşüb. Bu barədə Təbrizin Ticarət Palatasının sədri Səməd Həsənzadə açıqlama verib.

Həsənzadə qeyri-neft ixracatı ilə bağlı iclasda Şərqi Azərbaycan vilayətinin məsullarından istəyib ki, istehsal, ixracat və məşğulluq sahələrini diqqət mərkəzində saxlasınlar. O qeyd edib ki, keçmişdə Şərqi Azərbaycan vilayəti sənaye, ixracat və istehsal qütbü olub. Lakin indi lazımi infrasturuktur yenilənməyib.

Qeyd edək ki, rasist fars rejiminin irqçi siyasəti nəticə Güney Azərbaycan vilayətlərinin sənayesi və iqtisadiyyatı geri saxlanıb. İndi isə sənaye məsələsində ciddi geriləmə və tənəzzül müşahidə edilir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın