Şənbə , İyun 6 2020
azfa

Rejimin ayrıseçkilik siyasəti Təbrizin Peşə Muzeyi bağlanmasına səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, güney azərbaycanlı kolleksionerin öz cəhdləri ilə təsis edilən Təbriz Peşə Müzeyi dörd illik fəalliyyətdən sonra heç bir yardım göstərilmədiyi üçün bağlanıb.

Təbrizli heykəltəraş, yazıçı və araşdırmaçı alim Rza Sarabi Əqdəm muzeyin bağlanması ilə bağlı məlumat verərkən qapanmanın səbəbini Təbriz Bələdiyyəsinin “etinasızlığı” ilə izah edib.

2017-ci ilin may ayının 11-də həmin muzeyin rəsmilər tərəfindən açılış mərasimi keçirilsə də, mayın 18-də Dünya Muzey günündə bağlanması mədəni irs sevənlər və həvəskarların narahatlığına və bələdiyyə rəsmilərinə qarşı narazılığa yol açıb.

Heç bir dövlət orqanlarından yardım almadan öz şəxsi pulu ilə köhnə əşyalar və xüsusi ilə kameraları toplayan təbrizli kolleksioner 4 ildən sonra Təbriz bələdiyyəsinin kameraları satın almaqda sözünü tutmadığı üçün neçə il boş yerə gözləməkdən sonra onları Peşə Muzeyindən toplamaq məcburiyyətində qaldığını ifadə edib.

Son 4 ildə Peşə Muzeyində iki minə yaxın tarixi əsəri pulsuz nümayiş etdirdiyini bildirən kolleksioner bu illər ərzində rəsmilərdən “boş vədlər və quru təşviq”lərdən başqa heç nə görmədiyini bildirərək, “bələdiyyə, mədəni irs mütəxəssislərinin təyin etdiyi 800 milyon tümənlik qiyməti belə qəbul etmədi və 200 milyon tümən utancverici bir qiymət təklif etdi,” deyə bildirib.

Tarixi əşya kolleksioneri Rza Sarabi Əqdəm ötən il iyulun 2-də məsulların onun topladığı əsərlərin Təbriz Peşə Muzeyinə apardıqdan sonra qarşılığında maliyyə vədlərinə əməl etmədikləri nəticəsində kolleksionerin pul problemi ilə üzləşərək həbs edilmişdi.

O, daha öncə Təbriz mətbuatı ilə söhbətdə bir neçə xarici ölkədən və İranın bəzi böyük şəhərlərindən kolleksiyaları üçün səxavətli təkliflər aldığını, ancaq Azərbaycanı sevdiyi üçün həmin təklifləri rədd etdiyini bildirmişdi. O, həmçinin problemlərin davam etməsi təqdirində mühacirət etməyi düşündüyünü də qeyd etmişdi.

Təbrizli araşdırmaçı və kartonist Rəhim Baqqal Əsgəri öz Instagram səhifəsində muzeyin qapadılması ilə bağlı paylaşım edib.

“Təbrizin bəzi ağaclarının dünyanın bir sıra ölkələrinin tarixindən daha köhnə olduğu haldda, Şəhər Şurası və Bələdiyyənin sayəsində bu şəhərin muzeyləri 20 ildən artıq ömür sürdürə bilmir. Nə qədər zövqlüdürlər ki, Dünya Muzey Günündə belə bir hadisə yaratdılar,” o yazıb.

Amerikanın səsi

Həmçinin yoxlayın

Türkiyənin dəstəklədiyi Liviya ordusu uğurla irəliləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin dəstəklədiyi Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki …

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri” GADTB: Məhərrəm Ergin (1925-1995)  – Türkoloq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir