Cümə , Aprel 26 2024
azfa

Rejimin biganəliyi nəticəsində Güney Azərbaycanda Qoşadaş abidəsi məhv olmaq təhlükəsi qarşısında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan vilayətinin Mədəni İrs İdarəsinin direktoru Həmzəzadə Vərziğandakı tarixi Qoşadaş abidəsinin UNESCO-nun ümumdünya irsi siyahısında qeydə alına bilinəcək dəyərə sahib olduğunu deyib.

Şərqi Azərbaycan valiliyinin rəsmi internet portalında yayımlanan xəbərə görə, Vərziqanın mədəni irslər üzrə ixtisaslaşmış iclasında danışan Həmzəzadə vilayətdə 4 min tarixi əsərin olduğunu və onlardan 2 minininn qeydiyyata alındığını bildirərək, Qoşadaş tarixi abidəsinin qeydiyyta alınma potensialına malik olduğunu deyib.

Vərziğanın mədəni irslər üzrə ixtisaslaşmış iclasında Vərziqğandan olan dövlət rəsmisi Qoşadaş tarixi əsərinə toxunaraq Vərziğanın 12 min il tarixə sahib olduğunu və Vərziğanın fərqli tarixi qala və abidələrə sahib olduğunu söyləyərək, o, bu şəhərin zəngin tarixi keçmişə sahib olduğunu vurğulayıb.

Qeyd edək ki, Qoşadaş tarixi əsərləri Şərqi Azərbaycan vilayətinin və Qaradağ bölgəsinin Vərziğan şəhərində yerləşir, bu əsərin yaşı arxeoloqlar tərəfindən 6-12 min il arası təyin olunub.

Qaya üzərində təsvir edilmiş bu tarixi abidədə rəqs edən insan və heyvan naxışları mövcuddur.

Arxeoloqlar bu naxışların eramızdan əvvəl yaşayan insanların sirli həyatlarına işıq tutduğunu bildirilər. Arxeoloqlar Azərbaycanda günümüzdə davam edən təkəmçi ənənəsinin Qoşadaş naxışlarında olan təsvirlərlə əlaqəsi olduğunu deyirlər.

12 min illik tarixi əsərin əhəmiyyətinə baxmayaraq, bu tarixi əsər məhv olmaq təhlükəsi qarşısındadır. Universitet müəllimi Dr. Tohid Məlikzadə tarixi abidəyə yaxın məkanda fəaliyyət göstərən süngün mədəninin bu dəyərli abidəni məhv olma təhlükəsi ilə qarşı-qarsıya gətirdiyini bildirmişdi.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın