Cümə axşamı , Aprel 25 2024
azfa

Rejimin etirazlarda qətlə yetirdiyi daha bir qaşqay yeniyetmənin adı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin son noyabr ayı etirazlarında güllələdiyi qaşqay türklərindən birinin də adı məlum olub.

Əldə etdiyimiz məlumata görə, Qaşqay türklərinin Şeşbuluku-Ələmdarlı tayfasından olan 15 yaşlı yeniyetmə Məhəmməd Dastanxah rejimin terrorçu qüvvələri tərəfindən qətlə yetirilmişdir. Həmin qaşqay yeniyetmə noyabrın 6-da rejimin qüvvələrinin gülləsinə tuş gələrək şəhid olmuşdur.

Rejimin terrorçu qüvvələri bu yeniyetməni sinəsindən vurduqları üçün dərhal ölmüşdür.

Şəhidin yaxınlarının bildirdiyinə görə, rejim yalnız şəhidin anasına onun cənazəsini görməyə icazə verib və hətta cənazəni ailəyə təhvil də verməyib.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın