Rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT İdarəsi azərbaycanlı fəal Məhəmməd Mahmudinin ailəsini çağıraraq, ona təzyiq göstərir.

Məlumata görə, fəalın həyat yoldaşı və kiçik qızı ETTELAAT-a çağrılmış və  təhdid edilərək sorğu-suala tutulub.

Məhəmmədin yaxınları bildirir ki, ETTELAAT-da fəalın ailəsinə yersiz suallar verilib. Bundan məqsəd isə məqsəd fəalın əleyhinə qondarma dosye quraşdırmaqdır.

Qeyd edək ki, azərbaycanlı fəal Məhəmməd Mahmudi noyabrın 17-də İranda etirazlar başladığı bir vaxtda gecə saatlarında Təbrizdə rejimin ETTELAAT məmurları tərəfindən yaxalanıb. Onun harada saxlandığı barədə bu günədək heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın