Çərşənbə , Aprel 24 2024
azfa

Rejimin həbs etdiyi Babək Hüseynini hələ də ETTELAAT-da dindirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabr etirazları dövründə yaxaladığı azərbaycanlı milli-mədəni fəal Babək Hüseyni Müqəddəmin ETTELAAT İdarəsinin təcridxanasından rejimin Təbrizdə yerləşən zindanına köçürülmə xəbəri təkzib edildi.

Fəalın ailəsi çərşənbə axşamı onun zaminə buraxılması işi ilə əlaqədar rejimin Təbrizdə yerləşən məhkəməsinin hakimi ilə görüşüblər. Məlum olub ki, azərbaycanlı milli-mədəni fəal Babək Hüseyni Müqəddəm hələ də rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinin təcridxanasında saxlanılır və Təbriz zindanına köçürülməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl fəalın ETTELAAT İdarəsinin təcridxanasından rejimin Təbrizdə yerləşən zindanına köçürüldüyü xəbəri yayılmışdır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın