Rejimin həbs etdiyi Səhənd Məali həbs müddətini çəkdikdən sonra zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Səhənd Məali 10 aylıq həbs müddətini çəkdikdən sonra fevralın 16-da rejimin Sarabda yerləşən zindanından sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il mayın 2-də öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanmışdır. Fəal şərlənərək 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına salınmışdır.

Azərbaycan türk millətinin hüquqları uğrunda mədəni mübarizə aparan Səhənd Məali dəfələrlə həbs edilərək təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın