Şənbə , Aprel 20 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda yaxaladığı azərbaycanlı milli-mədəni fəal Əkbər Nəiminin aclıq aksiyası keçirdiyi söylənilir.

Fəalın yaxınları bildiriblər ki, Əkbər Nəimi yaxalanmadan əvvəl bildirib ki, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılarsa, birinci dəqiqədən aclıq aksiyasına başlayacaq.

Eyni zamanda Əkbər Nəiminin mobil telefonu təhlükəsizlik qüvvələrinin əlindədir və onun sosial şəbəkələrdə olan hesabları, o cümlədən WhatsApp hesabı onlayn vəziyyətdədir. Rejimin məmurları fəalın özəl hesablarına girməklə ona qarşı saxta ittihamlar uydurmağa çalışırlar.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri yanvarın 22-də səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum etməklə onu yaxalayıblar.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın