Çərşənbə , Aprel 24 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Mehdi Kuxian döyülərək zindanın karantin bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı mədəni fəal Mehdi Kuxian döyülərək rejimin Marağada yerləşən zindanın karantin bölməsinə köçürüldü.

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri azərbaycanlı fəal Mehdi Kuxiyan rejimin Məlikandakı prokuroru Mehdi Əlimuradi ilə mübahisə etdikdən sonra öyrədilmiş Ş.Tütünçü adlı cinayətkar məhbus tərəfindən döyülüb. Aldığı zərbələrdən yaralanan fəal poliklinikaya aparılmaq əvəzinə həmin zindanın karantin bölməsinə köçürülüb.

“Herana” agentliyinin yaydığı məlumata görə, azərbaycanlı fəal həmçinin rejimin Məlikandakı prokuroru tərəfindən təhdid edilib. Prokuror ona bildirib ki, o Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpur məsələsi ilə bağlı ifşaedici fəaliyyətinə görə ona yeni iş açılıb və rejimin ETTELAAT İdarəsi tərəfindən dindiriləcək.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu il aprelin 8-də ETTELAAT məmurları tərəfindən yaxalanıb.

Kuxianın yaxınlarının bildirdiyinə görə, Mehdinin yaxalanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub. Salman Xudadadi isə ötən aylarda Zəhra Nəvidpura cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı ittiham edilib və M.Kuxian da bu barədə məlumatı yaymağa çalışıb.

Bundan əvvəl dəfələrlə Məlikanın millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən azərbaycanlı fəal yaxalanarkən döyülüb və sonra Məlikanda yerləşən ETTELAAT İdarəsinin təcridxanasına salınıb.

Mehdi Kuxian bundan öncə də milli-mədəni fəaliyyətləri ilə bağlı yaxalanıb, həbs və işgəncələrə məruz qalmışdır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın