Rejimin həbs etdiyi Mehdi Kuxian aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin aprelin 8-də həbs etdiyi azərbaycanlı milli-mədəni fəal və “Şəhre xəbəre Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyanın aclıq aksiyasına başlayıb.

Azərbaycanlı fəal öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq, aprelin 9-da aclığa başladığını bildirib.

Mehdi Kuxiyanın yaxınlarının bildirdiyinə görə, azərbaycanlı fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş verib. Onun fəalla bağlı hansı ssenari üzərində işlədiyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Mehdi Kuxiyan 2017-ci il yanvar ayında  Məlikan prokuroru və bələdiyyə başçısının şikayəti əsasında Marağanın kiber polisi tərəfindən yaxalanmışdı. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında rejimin Marağada yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilmişdi. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə sistemə qarşı təbliğat aparma ittihamı ilə həbs cəzasına məhkum edilmişdir.

 

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın