Çərşənbə , Aprel 24 2024
azfa

Rejimin hüquqlarını pozduğu Abbas Lisani aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbildə qeyri-müəyyən vəziyyətdə həbsdə saxladığı tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani hüquqlarının kobud şəkildə pozulması ilə bağlı aclıq aksiyasına başldı.

Azərbaycanlı fəal dosyesini görmə imkanı verilmədiyi üçün 2019-cu il mayın 27-də aclıq aksiyasına başlayıb.

2019-cu il yanvarın 15-dən rejimin Ərdəbil şəhərində yerləşən zindanında həbsdə saxlanılan fəal 2019-cu il mayın 25-də yaxınları ilə qısa telefon əlaqəsində aclıq aksiyasına başlamaq məcburiyyətində olduğunu bildirmişdi. O  qeyd etmişdi ki, gözlənilən məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb, zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə 48 saat sonra, yəni mayın 27-də aclıq aksiyasına başlayacaq.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinin təcrixanasına, oradan isə bu şəhərdə rejimin zindanına köçürülmüşdü.

Rejim qanunusz və qeyri-müəyyən həbslə azərbaycanlı fəalla qarşı saxta dosye hazırlayıb, onu ağır cəzalarla cəzalandırmaq istəyir.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın