Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Rejimin məhkəməsi Müctəba Pərvinin 3 aylıq həbs qərarı təsdiqlədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci Şöbəsi azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin barədə məhkəmənin birinci istansiyasının çıxardığı 3 aylıq həbs qərarını olduğu kimi təsdiqləyib.

Qeyd edək ki, azərbaycanlı fəal bu il avqustun 18-də rejimin Ərdəbildə yerləşən Ümumi və Hüquq Məhkəməsinin 9-cu şöbəsində mühakimə olunub. Rejim onu şərləyərək dövlət avtomobilinə ziyan vurma ittihamı ilə mühakimə edilib.  Fəal mühakimə olunub və 450 min tümən nağd cərimə ödəməyə məhkum olunmuşdur.

Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilmişdi. Polislər onu şərləyərək dövlət avtomobilinə zərər vurduğuna iddia etmişdilər.

Apelyasiya Məhkəməsinin çıxardığı hökmdə isə Müctəba Pərvinin gətirdiyi dəlillərin qanedici olmadığı və bu səbəbdən hökmün qüvvədə saxlanıldığı qeyd olunub.

Rejimin məmurları Müctəba Pərvini həmin dosye ilə əlaqədar 2018-ci il oktyabrın 9-da öz atası evində saxlanılmışdı.

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın