Rejimin məhkəməsi Zəhra Nəvidpurun təcavüz və qətlində günahkar olan Xudadadiyə bəraət verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ali Məhkəməsi Zəhra Nəvidpurun cinsi təcavüz və qətlində günahkar olan rejimin Sepah təşkilatına bağlı olan millət vəkili Salman Xudadadiyə bəraət verib.

Halbuki, rejimin Tehrandakı Cinayət Məhkəməsinin 5-ci şöbəsi millət vəkilini nikahdankənar cinsi əlaqədə olmaq ittihamında təqsirli bilərək onu 99 şallaq zərbəsi və iki il sürgünə məhkum etmişdir. Məhkəmə həmçinin Salman Xudadadinin rəsmi postlara təyin edilməsi və ya seçilməsinə də qadağa qoymuşdur.

Qeyd edək ki, Zəhra Nəvidpur 4 il ərzində Salman Xudadadinin ona cinsi təcavüz etdiyini mötəbər sənədlərlə bir çox rəsmi orqan, o cümlədən məhkəməyə müraciət etmişdir. Lakin millət vəkilinin tapşırığı ilə onun şikayətinə doğru-düzgün baxılmayıb və məhkəmə prosesi heç bir nəticə verməyib.

Zəhra Nəvidpur həmçinin Salman Xudadadi ilə söhbətlərinin səs faylını yaymışdır. Zəhra Nəvidpur işədüzəlməklə bağlı millət vəkilinin ofisinə müraciət etdiyini, ofisdə Salman Xudadadi tərəfindən zorlandığını açıqlamışdır. Bundan sonra onun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılmışdır.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın