Şənbə , Aprel 20 2024
azfa

Rejimin məmurları azərbaycanlı fəal Həkimə Əhmədinin barmaqlarını və iki qabırğasını işgəncə altında sındırıblar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədinin barmaqlarını və iki qabırğasını işgəncə altında sındırıblar.

Həkimə Əhmədinin həyat yoldaşı Məhəmmədrza Qurbanı bu barədə açıqlama verərək, bildirib ki, rejimin məmurlarının işgəncə etməsi nəticəsində həyat yoldaşının barmaqları və iki qabırğası sınıb və o xəstəxanya yerləşdrilib. Rejimin məmurları xəstəxana xərclərinin də fəalın həyat yoldaşı tərəfindən ödənilməsini istəyiblər.

Mühəndis Qurbani həyat yoldaşı Həkimə Əhmədinin Mərəndin Ərteş xəstəxanasında yatızdırıldığını ehtimal edib. Onun bildirdiyinə görə rejimin əmniyyət qüvvələri həyat yoldaşı ilə görüş və telefon əlaqəsi saxlamağı da qadağan ediblər.

İşğalçı fars rejimin azərbaycanlı xanım fəalı nədə ittiham etdiyi barəd də hələlik açıqlama verməyib.

Qeyd edək ki, işğlaçı və irqçi fars rejimin məmurları 2018-ci il oktyabrın 26-da Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəal Həkimə (Sevda) Əhmədinin evinə hücum edərək, fəalı döyərək yaxalamışdılar.

Evə vəhşicəsinə hücum edən rejimin məmurları fəal və onun həyat yoldaşına qarşı kobud davranıb, hətta onları silahla hədələmişdilər. Məmurlar vəhşicəsinə evdə axtarış aparıb, evin bir çox əşyasını sındırmışdılar.

Azərbaycanlı xanım fəal Həkimə Əhmədinin iki uşağı var. O sentyabrın əvvələrində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 3 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın