Rejimin məmurları azərbaycanlı fəal Səhənd Məalini həbs etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünın iyunun 30-da irqçi fars rejimin məmurları Sarab sakini olan azərbaycanlı milli-mədəni fəal Səhənd Məalini yaxalayıblar.

Rejimin ETTELAAT məmurları azərbaycanlı fəalı öz iş yerində yaxalayaraq, Sarab zindanına aparılıb.

Səhənd Məali ailəsi ilə qısa telefon əlaqəsində yaxalanmasının səbəbini barəsində çıxarılan bir il həbs hökmü ilə əlaqəli olduğunu bildirilib. Azərbaycanlı fəal 10 aylıq həbs müddətini çəkdikdən sonra fevralın 16-da sərbəst buraxılmışdı.

Qeyd edək ki, Səhənd Məali 2019-cu il mayın 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab zindanına köçürülmüşdü. Lakin həbsdə olarkən yenidən rejim tərəfindən şərlənərək, onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdır. Lakin hər iki həbs müddəti birləşdirildikdən sonra daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq fevralda sərbəst buraxılmışdı.

Lakin rejimin təhlükəsizlik qüvvələri S.Məaliyə həbs müddətlərinin birləşdirlmədiyini, məhkum olduğu bir il həbs cəzasını çəkməli olduğunu bildirərək həbs etmişlər.

Səhənd Məali Azərbaycan türk millətinin hüquqları uğrunda mədəni fəaliyyətlərinə görə dəfələrlə irqçi fars rejim tərəfindən şərlənərək həbs edilmişdir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın