Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejimin məmurları hücum edərək azərbaycanlı fəal Murtaza Şükrünü yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları hücuma keçərək azərbaycanlı milli-mədəni fəal Murtaza Şükrünü öz iş yerində yaxalayıblar.  

Rejimin məmurlarının yaxaladı azərbaycanlı fəalın məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün Əhər zindanına köçürüldüyü bildirilib.

Qeyd edək ki, azərbaycanlı fəal rejimin Əhərdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “fitilə” proqramına qarşı etiraz aksiyasına qatıldığı üçün 7 ay həbs cəzasına məhkum edilmişdi. Rejimin məhkəməsinin bu ədalətsiz qərarı isə ötən il rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, irqçi fars rejimin televiziyası “fitilə” proqramı ilə Azərbaycan türklərini təhqir etmişdi. Buna etiraz edən azərbaycanlı fəallar isə işgəncə edilərək həbsə məhkum ediliblər.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın