Rejimin prokurorunun Mehdi Kuxianın anasına kobud cavab: “Qoyun aclıq aksiyasında ölsün!”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Məlikan şəhərindəki prokroru rejimin Marağada yerləşən zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxianın anasına oğlunun vəziyyəti ilə bağlı nalayıq cavab verərək deyib: “Qoyun aclıq aksiyasında ölsün!”

Azərbaycanlı fəalın aclıq aksiyası keçirməsi isə onun vəziyyətinin ağırlaşmasına səbəb olub. Zindandan fəalın ailəsinə zəng edən bir şəxs Mehdi Kuxianın təcili müalicə olunmasına ehtiyac olduğunu vurğulayaraq onun aclıq aksiyasının 5-ci günündə poliklinikaya aparılmasına icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, bədənində su çatışmazlığına yaranan fəal qısa müddətdə bir neçə kilo çəki itirib.

Azərbaycanlı fəalın ailəsi isə onun vəziyyəti ilə bağlı məlumat almaq məqsədilə rejimin Məlikanda yerləşən prokurorluğuna müraciət edib. Lakin prokuror qeyri-insani şəkildə davranmış və sərt cavab vermişdir.

Rejimin Məlikandakı prokuroru Mehdi Əlimuradi fəalın anasının narahat vəziyyətdə olduğunu gördüyü halda ona “Qoyun etiraz aksiyasında ölsün” cavabı vermişdi.

Qeyd edək ki, azərbaycanlı fəal Mehdi Kuxian xəstəliyi ilə bağlı məzuniyyətə buraxılmaması və xəstəxanada müalicə olunmasına icazə verilmədiyinə etiraz olaraq iyulun 31-də dodaqlarını tikərək aclıq aksiyasına başlayıb. O bundan sonra saxlandığı Marağa zindanının karantin bölməsinə köçürülmüşdür.

Azərbaycanlı fəal ilk yaxalandığı vaxtlarda ağır şəraitdə olan təkadamlıq kameralarda saxlanılıb. Ona görə də onun bədəninin bir neçə yerində infeksiya yaranıb. Xəstəliyi getdikcə dərinləşən Kuxianın xəstəxanada müalicə olunmasına şəhər prokurorunun mane olduğu bildirilir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın