Bazar ertəsi , Noyabr 30 2020
azfa

Rejimin Qaradağ meşələrini dağıtdığı üçün bu meşələr YUNESKO-nun mədəni irs siyahısına salınmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Azərbaycana ayrıseçkilik münasibəti və Qaradağ meşələrini dağıtması nəticəsində bu meşələr YUNESKO-nun mədəni irs siyahısına salınmadı.

İranın Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı rəis müavini Məhəmməd Həsən Talibian Təbrizdə bbununla bağlı deyib ki, Qaradağ meşələrinin çox yerlərində əkinçilik ərazilərinin geniş olması səbəbindən” YUNESKO-nun mədəni isr siyahısına salınmayıb.

Talibian deyib: “Təşkilatın mütəxəssislərinin səyləri nəticəsində rədd edilmiş təklifi növbəti dəfə gündəmə gətirmək haqqına sahib olduq. Bu bizə meşələrin mədəni irs siyahısına salınması üçün sənəddə dəyişiklik edərək başqa bir şəkildə hərəkət etməyimizə imkan verir.”

Onun sözlərinə görə, təklifin həyata keçməsi üçün Qaradağ meşələrində əkinçilik sahələrinin və aktiv istismar olunan ərazilərin oradan yığışdırılaraq Araz çayı sahillərinə köçürülməsi lazimdir.

Qeyd edək ki, Qaradağ meşələri ötən il YUNESKO tərəfindən siyahıya alınmalı idi. Lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

Həmçinin yoxlayın

Türkiyə SOM qanadlı raketlərinin sınaqlarını tamamladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, SOM qanadlı raketlərinin milli səviyyədə bütün sınaqları tamamlanıb. …

Koronavirusla bağlı azərbaycanlı fəallar Behnam Şeyxi və Həmid Mənafinin məzuniyyət müddətləri uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusla bağlı azərbaycanlı milli-mədəni fəallar Behnam Şeyxi və …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir