Rejimin qurutduğu Urmiya gölünün bərpası üçün yalan vədlər verən Ruhaniyə müraciət olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim Urmiya gölünü Azərbaycanla düşmənçilik zəminində qəsdən qurutdu. Lakin Azərbaycan türklərinin kütləvi etirazları qarşısında gölün bərpasına söz verməyə məcbur olan rejim, hazırda öz süözünü tutmur. Urmiya gölünün bərpa layihəsinin icrası dayandığı üçün gölə azərbaycanlı millət vəkilləri gölün bərpa layihəsinin icrasına  əlavə 200 milyon dollar vəsait tələb olunduğunu bildiriblər.

Urmiyanın məclisdəki millət vəkili Hadi Bahaduri bu gün bu barədə 10 millət vəkilinin hökumətə məktubla müraciət etdiyini bildirib.

H.Bahaduri deyib: “12-ci hökumətin prioritetlərindən biri Urmiya gölünün bərpası olduğu üçün gölə xüsusi diqqət yetirilməlidir. Bunun üçün gölün ətrafında modern suvarma sisteminə keçməklə kənd təsərrüfatında istifadə olunan suya qənaət etmək lazımdır. Göl ətrafında təxminən 100 min hektar bağ sahəsində damcı suvarma sisteminin tətbiq olunması qaçılmazdır. Bu kimi layihələri icra etmək üçün Urmiya gölünə yaxın məntəqələrin 10 millət vəkili hökumətə məktubla müraciət ünvanlayıb”.

Bahaduri qarşıdakı ilin büdcə layihəsində Urmiya gölü layihələri üçün əlavə 200 milyon dollar vəsaitin nəzərdə tutulacağına ümid etdiyini bildirib.

 

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın